Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” adlı Açıq kitabxana keçirilib.

10.09.2021

10 sentyabr 2021-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə  oxucular arasında hərbi vətənpərvərlik tərbiyyəsinin təbliği ilə əlaqədar “Qarabağ Azərbaycandır!” adlı Açıq kitabxana xidməti təşkil edilmişdir..

Tədbiri giriş sözü ilə Zərdab rayon MKS-nin direktoru Nailə Əliyeva açaraq qeyd etdi ki, artıq Azərbaycan Ordusu düşmənə öz gücünü,qüdrətini göstərərək ,müqəddəs torpaqlarımızı işğaldan azad etdilər.Ordumuz qarşısında tab gətirə bilməyən ermənilər hərbi maşınlarını,silah-sürsatlarını,hətta bayraqlarını da döyüş meydanında qoyub qaçdılar.Haqq işi uğrunda mübarizəyə qalxmış Azərbaycan öz əzmini dəyişmək fikrindən də dönmədi.Biz hər zaman ordumuzun, əsgərlərimizin yanındayıq.Ali Baş Komandanın hər bir əmrinə hazırıq.

Zərdab rayon MKS direktor müavini Gülüsdan Rəhimova, Oxuculara xidmət şöbəsinin müdiri Mehparə Səfərəliyeva , Metodika-biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova,İnformasiya resurs şöbəsinin əməkdaşı Namiq Atəş,Şıxbağı kənd kitabxana filialının əməkdaşı Məmmədkərim Hacıyev və başqa çıxış edənlər qeyd etdilər ki,uzun illərdən sonra xalqımız nəhayət, torpaqlarımızın azad olunmasını qürur hissilə qeyd edəcək, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keşən bütün qəhrəman oğul və qızlarımızın ruhlarının şad olmasından sevinəcək.

Sonda Şəhidlərimizin ruhuna fatihə oxundu,hərbi vətənpərvərlik tərbiyyəsinin təbliği ilə əlaqədar təşkil edilən “Aşıq kitabxana” aksiyasi zamanı təhsil , səhiyyə, mədəniyyət işçiləri, ağsaqqallar, şagirdlər, ziyalılar və digər rayon sakinləri sərgidə nümayiş olunan ədəbiyyatlarla yaxindan tanış olub, oz fikir və mülahizələrini bildirdilər.

“Açiq kitabxana” sərgisində xalqımızın qəhrəmanlıq tarixində şəhidlərin şücaətindən bəhs edən nəşrlər haqqında yazılan əsərlər də nümayiş etdirildi. Tədbir boyunca çoxlu sayda yeni oxucular kitabxanaya üzv yazıldılar.