Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon MKS-nin Qoruqbağı kənd kitabxana filialında 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibəti ilə tədbir təşkil olunub.

16.09.2021

15 sentyabr 2021-ci il tarixində Zərdab rayon MKS-nin 6 saylı Qoruqbağı kənd kitabxana filialında  21 sentyabr - Beynəlxalq Sülh Günü münasibəti ilə “Göyərçinim -sülh quşum” adlı tədbir  təşkil olunub. Tədbirdə  kitabxananın əməkdaşları və kiçik yaşlı oxucular  iştirak ediblər. Tədbiri giriş sözü ilə açan kitabxana filialının müdiri Rəsmiyyə Əhmədova bildirib ki, Beynəlxalq Sülh Günü Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən 1981-ci ildən qeyd olunur. Sülh hər bir cəmiyyətin, ümumilikdə bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir. Ombudsmanın təşəbbüsü ilə hər il ənənəvi olaraq avqustun 21-dən sentyabrın 21-nə dək  Azərbaycanda  “Sülh aylığı “ elan olunur.  Sülh olmayan yerdə xeyir-bərəkət olmur, xoşbəxt və firavan həyat arzu olaraq qalır, mənəviyyata böyük zərbə dəyir. Sülh arzusu həm dövlətimizin, həm də hər bir vətəndaşın arzusudur.

Tədbirin sonunda uşaqlar Sülhə aid sərgi ilə tanış olublar və sülh, vətənpərlik mövzusunda şeirlər söyləyiblər.