Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Mərkəzi Kitabxanasında “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək!” mövzusunda tədbir keçirilib.

16.09.2021

Sentyabrın 15-də Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Zərdab rayon Mərkəzi Kitabxanasının  birgə təşkilatçlığı ilə Mərkəzi Kitabxanada “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək!”   mövzusunda  tədbir  keçirilib.

Tədbiri MKS-inin direktor müavini G Rəhimova  açaraq  qeyd edib ki, bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına çevrilən, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və narkobiznesdir. Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi, bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin (KİV), mədəni-maarif müəssisələrinin üzərinə düşür. Bu sahədə kitabxanaların rolunu xüsusilə qeyd etmək lazımdır. Kitabxanaların narkomaniyaya və erkən nigahlara qarşı apardığı təbliğat çox güclü vasitədir. Narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda yeniyetmə və gənc oxucular arasında mühazirələrin keçirilməsi  vacibdir.

Tədbirdə çıxış edən Uşaq və Ailələrə Dəstək  Mərkəzinin  müdiri Ləman Səfərəliyeva çıxış edərək bildirib ki,  yetkinlik yaşına çatmayanların və gənclərimizin narkomanlığın faciəli girdabına yuvarlanmaması üçün hər zaman və hər yerdə - evdə, ailədə, məktəbdə, işdə təbliğat və maariflənmə yolu ilə kiçikdən-böyüyə qədər hamını başa salmalıyıq ki, narkotik vasitələrdən uzaq olsun, zəhərin dadına heç baxmasınlar, toxunmasınlar, əllərinə belə almasınlar. Çünki narkotika ölümdür, varlığın qənimi, həyatın sonudur. 

 Oxuculara xidmət şöbəsinin müdiri Mehparə Səfərəliyeva, Metodika-biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova, Oxuculara xidmət şöbəsinin multimedia üzrrə mütəxəssizi Xanım Abışova, Avtomatlaşdirma şöbəsinin müdiri Gülnaz Məmmədova müzakirə olunan məsələ ilə bağlı öz fikirlərini ifadə edərək bildiriblər ki, düzgün tərbiyə, yaşlıların yaxşı nümunəsi yeniyetməni güclü, mənəvi cəhətdən möhkəm, xeyirxah edir. Tərbiyəsizlik, yaxud pis tərbiyə yetkinlik yaşına çatmayanlarda mənfi  hislərin yaranmasına səbəb olar.

Tədbirdə Uşaq və Ailələrə Dəstək  Mərkəzinin əməkdaşları  “Heydər Əliyev və dövlət qadın siyasəti”, ”Əlililliyi olan Qadınlar üçün sağlamlıq haqqında stolüstü kitab” adlı kitabları kitabxanaya hədiyyə ediblər.                                            

Sonda Kitabxanada təşkil olunan  “Gəncliyimizi qoruyaq” başlıqlı sərgiyə baxış keçirilib.