Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Zərdab rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə onlayn tədbir keçirilib.

16.09.2021

16 sentyabr 2021-ci il tarixində Ağdaş Regional Mədəniyyət Idarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Zərdab rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev fenomeninin əvəzsiz rolu mövzusunda onlayn tədbir keçirilib.Tədbiri Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq tədbir iştirakçılarına mövzu haqqında məlumat verib. Sonra söz Göyçay rayon MKS-nin direktoru Nərmin Xəlilovaya verilib. O öz növbəsində tədbir iştirakçılarını salamlayıb və Ulu Öndərin təhsilə, kitabxanaya, mədəniyyətə verdiyi töhfələrdən danışıb, yeni tədris ilində məktəbə ilk qədəm qoyan və yüksək balla ali məktəblərə qəbul olunan şəhid övladlarını və şəhid xanımlarını, o cümlədən Azərbaycan xalqının bütün şagird və tələbələrini təbrik edib. Sonra söz MKS-inin baş biblioqrafı Gülarə Bədirovaya, Uşaq şöbəsinin müdüri Sahilə Əliyevaya və Zərdab rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Xanım İmanovaya verilib. Çıxışçılar Azərbaycan təhsilinin inkişafında Heydər Əliyevin misilsiz xidmətləri haqqında ətraflı məlumat veriblər.

Tədbirin sonunda hər iki rayonun fəal oxucuları Zəhra Xəlilzadə, İlahə Nəbiyeva, Ayan Rəhimli və İmanov qardaşları da öz fikirlərini bildiriblər.