Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Mərkəzi kitabxanasında Ağdaşın tanınmış, istedadlı yazarlarından biri Cabir Həsənovun “Bax dalınca gedən ömrün” kitabının təqdimatı keçirilib.

19.09.2021

18 sentyabr 2021-ci il tarixində Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında Ağdaşın tanınmış istedadlı şairlərindən olan Cabir Həsənovun “Bax dalınca gedən ömrün” kitabının təqdimatı keçirilib. Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, İdarənin məsləhətçisi İlqar Vəliyev, Ağdaş rayon İcra Hakimiyyətinin məsul işçisi Möhlud Hacıxanov, Azərbaycan Yazıçılar Birliyinin Ağdaş bölməsinin sədri Fəxrəddin Əsəd, İdarə müəssisə rəhbərləri və şairin qələm dostları, bədii qiraət ustaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq bildirib ki, bu kitab Cabir Həsənovun çap olunmuş sayca ikinci kitabıdır. Onun  yaradıcılığı kitabxanamızın həm işçiləri, həm də oxucuları tərəfindən sevilir və maraqla qarşılanır. Kitabxananın əməkdaşları tərəfindən şairin şeirləri müntəzəm olaraq video-çarx formasında sosial şəbəkələrdə paylaşılır. Cabir Həsənovun yaradıcılığında keçmişə bağlılıq çoxdur, bu onun həm də bir insan kimi etibarının, vəfasının ifadəsidir.

Sonra Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı Könül Musayeva şairin qələminin bəhrəsi olan “Bax dalınca gedən ömrün” kitabı haqqında geniş məruzə ilə çıxış edib. Tədbirdə eyni zamanda Cabir Həsənov şeirlərindən ibarət hazırlanmış video çarxlar təqdim olunub.

Daha sonra Ağdaş rayon İcra Hakimiyyətinin məsul işçisi Möhlud Hacıxanov, şairin qələm dostları Fəxrəddin Əsəd, Namiq Zaman, Dünyamin Məmmədov şairin poeziyası haqqında düşüncələrini tədbir iştirakçıları ilə bölüşüblər

Bədii qiraətçilər Camal Xəlilov, Turanə Şıxaliyeva, Tahilə Məmmədova, Vüsalə Məmmədova şairin  şeirlərindən nümunələr səsləndiriblər.

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov çıxış edərək Cabir Həsənova yaradıcılığında uğurlar arzulayıb.

Sonra söz müəllifə verilib.O, tədbirin təşkili üçün hər kəsə öz minnətdarlığını bildirib, yaradıcılığında qarşıda duran planlarından söhbət açıb və üçüncü kitab üzərində çalışdığını qeyd edib.

Sonda “Ömür də bir təqvim kimidir” adlı sərgiyə baxış keçirilib, şairlə birlikdə xatirə şəkilləri çəkilib.