Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Mədəniyyət Mərkəzində ”Milli Musiqimiz -Milli sərvətimizdir” adlı sərgi və tədbir təşkil olunub.

19.09.2021

18 Sentyabr Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Mədəniyyət Mərkəzində "Milli Musiqimiz -Milli sərvətimizdir" adlı sərgi və tədbir təşkil olunub. Tədbir zamanı Azərbaycan Milli Musiqisi və Milli Musiqi Gününün yaranma tarixindən, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əsərlərindən, "Arşın mal alan", "O olmasın bu olsun" operasından korifey sənətkarlarımızın ifasında musiqilərdən parçalar səsləndirilib.