Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay şəhər uşaq musiqi məktəbində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

19.09.2021

18 Sentyabr 2021-ci il tarixində  Arif Məmmədov adına Göyçay şəhər  uşaq musiqi məktəbində  Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəyovun anadan olmasının 136-cı ildönümü və Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

 Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rövşən Zamanov öz çıxışında dahi Üzeyir Hacıbəyovun  həyat və yaradıcılığından geniş məlumat verərək  Milli musiqimizin öz inkişaf zirvəsinə görə məhz Üzeyir bəyə borclu olduğunu vurğulamışdır. 

O, öz çıxışına əlavə olaraq  ömrünü mədəni tərəqqiyə, maarrifləənməyə həsr edən Üzeyir bəyin  Azərbaycan Musiqi elminə ciddi və mənalı işlərilə böyük töhfələr verdiyini qeyd etmişdir.

1995-ci ildə isə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində  18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoymuşdur. Ənənəvi olaraq hər sentyabrın 18-i Milli Musiqi Günü kimi ölkəmizdə qeyd edilir.

 Məktəbin Xalq Çalğı Alətləri orkestri və müəllimlərdən ibarət Xor Kollektivi öz çıxışlarıyla tədbirə rəng qatıblar.