Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Şəhid Kərim Məhəmmədəli oğlu Əliyevin məzarını və ailəsini ziyarət ediblər.

20.09.2021

Ucar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 20.09.2021-ci il tarixində Ucar rayonunun qəhrəman oğullarından olan Şəhid Kərim Məhəmmədəli oğlu Əliyevin məzarını və ailəsini ziyarət ediblər. Kərim Əliyev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun kiçik giziri olan Kərim Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərim Əliyev oktyabrın 31-də Qubadlı döyüşləri zamanı Şəhid olub.

Kərim Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə , 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə,  24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.