Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş Regional Mədəniyyət İdarəsində treninqlərə start verilib.

21.09.2021

Ağdaş Regional Mədəniyyət İdarəsində klub müəssisələrində çalışan əməkdaşlara metodiki köməkliklərin göstərilməsi məqsədilə görüşlərə start verilib.

Məsələ ilə əlaqədar olaraq 21 sentyabr 2021-ci il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən Mədəniyyət Mərkəzlərinin əməkdaşları ilə görüş keçirilib. Görüşdə qarşıda duran vəzifələr müzakirə olunub, xüsusən də kənd yerlərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin fəaliyyətinin dirçəldilməsi məqsədilə əməkdaşlara metodiki köməkliklər göstərilib və  müvafiq tapşırıqlar verilib.

Layihə çərçivəsində Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədovun iştirakı ilə klub müəssisələrində sənədləşdirmə işlərinin aparılma qaydalarının, əhaliyə göstərilən mədəni xidmət çeşidlərinin artırılmasının, klub müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, modernləşməsi, rəqəmsallaşması və inkişafına nail olmaq məqsədilə treninqlərin keçirilməsi nəzərdə tutulub.