Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd edilmişdir.

14.05.2018

Ağdaşda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 95-ci ildönümü qeyd edilib.

10 may  2018-ci il tarixdə  Ağdaşda  xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü böyük izdihamla qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, hüquq-mühafizə orqanlarının  rəhbərləri, rayonun idarə, müəssisə, təşkilatlarının işçiləri, veteranlar, gənclər, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak edirdi.
Rayonun bütün əmək kollektivləri, təhsil müəssisələrinin tələbə və şagirdləri,mədəniyyət işçiləri, inzibati ərazi dairələrini əhatə  edən  sakinlər abidənin önünə tər güllər düzərək ulu öndərin əziz xatirəsinə  öz ehtiramlarını nümayiş etdirdi.