Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon MKS-nin təşkilatçılığı ilə “Qayıdan torpaqların qayıtmayan oğullarını yad edirik” adlı onlayn tədbir keçirilib.

24.09.2021

24 sentyabr 2021- ci il tarixində Ağdaş rayon MKS-nin təşkilatçılığı ilə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrin iştirakı ilə 27 Sentyabr-  Anım Gününə həsr olunmuş videoformatda “Qayıdan torpaqların  qayıtmayan oğullarını yad edirik” adlı  tədbir keçirilib. Tədbiri giriş sözü ilə  Ağdaş rayon  MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq bildirib ki, 27 sentyabr - Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən  İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anım  günüdür. Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli,  20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı  və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. 

İmzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.

Ağdaş Regional Mədəniyyət İdarəsinin məsləhətçisi İlqar Vəliyev, Ucar rayon MKS-nin direktoru Bəsirə  Abbasova,  Ağdaş rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru  Nişanə Yusifova çıxış edərək 44 günlük müharibə dövründə  Azərbaycan xalqının  birliyindən,   güclü  vətənpərvərlik  hissindən, xalqımızın orduya və Ali Baş Komandana bəslədiyi rəğbətdən,  şəhid ailələrinə xalqımızın göstərdiyi ehtiramdan, mədəniyyət işçiləri tərəfindən şəhid məzarlarına və şəhid bulaqlarına  təşkil olunmuş ziyarətdən söhbət açıblar.