Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş Rayon Heydər Əliyev Mərkəzində 27 sentyabr ”Anım gününə” həsr olunmuş tədbir keçirilib.

24.09.2021

24 sentyabr 2021-ci il tarixdə Ağdaş Rayon Heydər Əliyev Mərkəzində 27 sentyabr "Anım gününə" həsr olunmuş tədbir keçirilib. Tədbirdə Şəhid ailələri, qazilər, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, Ağdaş Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Yaşat Fondunun Ağdaş bölməsi üzrə əməkdaşı  Sərxan Namətov, Azərmətbuatyayım Ağdaş Regional bölməsi üzrə rəisi İlkin Abdullayev iştirak ediblər.

Tədbirdə ilk olaraq Dövlət Himni səsləndirilib və Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Ağdaş Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kənan Nəbiyev çıxış edərək Şəhid ailələrini və qonaqları salamlayıb.

Daha sonra Şəhid anaları və qazilər çıxış edərək 27 sentyabrda başlayan və qürur tariximiz olan azadlıq savaşanın xatirələrindən danışıblar.

Ağdaş Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxış edərək gənclərin qanı, canı ilə qazandığı tarixi qələbənin bugünün gəncləri tərəfindən qorunmasının vacibliyini bildirib.

Sonda Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov çıxış eədərk ilk öncə Şəhidlərimizə rəhmət , Şəhid ailələrimizə Allahdan səbr diləyib. O, bildirib ki, bu gün bizim ən əsas  borcumuz bizə əmanət olunan Vətənə və Şəhidlərimizin bizə əmanət etdiyi ailələrinə sahib çıxmaqdır.

Sonda Vətənin azadlığı uğrunda şücaət  göstərən qazilərimiz  və Ağdaşın ictimai-siyasi və mədəni həyatında, ən əsası Şəhidlərimizin adının əbədiləşdirilməsi məqsədilə inşa edilən xatirə lövhələrinin, bulaqların açılış mərasimlərində fərqlənən mədəniyyət işçiləri Ağdaş Regional Mədəniyyət İdarəsinin rəhbərliyi tərəfindən “Təşəkkürnamə” və “Fəxri fərman”larla təltif olunublar.

Sonda Şəhid ailələri ilə xatirə şəkli çəkdirilib.