Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Anım günü” ilə əlaqədar tədbir keçirilib.

28.09.2021

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Vətən Müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar “II Qarabağ Müharibəsi Dövlətçilik Tariximizin Ən Şərəfli Zirvəsidir” adlı tədbir keçirilib. İlk öncə uşaqlar musiqi sədaları altında Laçından gətirilmiş Azərbaycan bayrağını öpərək tədbirə qoşulublar. Tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb. Sonra Şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Göyçay rayon MKS-nin direktoru, Vətən müharibəsinin Şəhidi, Polkovnik-leytenant Vidadi Xəlilovun həyat yoldaşı  Nərmin Xəlilova açaraq gələn qonaqları salamlayıb və şəhid valideyinlərinə tədbirdə iştirak etdiklərinə görə öz minnətdarlığını bildirib. O, 2020-ci ildə sentyabrın 27-də başlamış 44 günlük müharibədən, səfərbərlikdən, dünyanı heyran qoyan prezident İlham Əliyevin məqsədyönlü siyasətindən danışıb.

Sonra söz Qayğı İctimai Birliyinin sədri Eldəniz Rüstəmova verilib. Daha sonar tədbirdə iştirak edən Şəhid valideynləri övladlarının keçdiyi döyüş yollarından, xatirələrindən danışıblar. Tədbirdə eyni zamanda Vətən Müharibəsinin göyçaylı şəhidlərinə həsr olunmuş video-slayd nümayiş etdirilib. Tədbirin təşkilatçısı Nahidə Quliyeva əsirlər boyu davam edən erməni daşnaqlarının törətdikləri vəhşiliklərdən, ordumuzun gücündən, vətənpərvər oğullarımızın torpağa olan sevgisindən ətraflı məlumat verib.Tədbirdə dəvət olunan qonaqlardan Göyçay rayon İcra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Ağdaş Regional Mədəniyyət  İdarəsinin rəis müavini Sahib Şükürov, Ağdaş Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Kamaləddin Sarıyev, şəhər 2 saylı orta məktəbin drektoru Fatma Həmidova, 4 saylı orta məktəbin tarix müəlliməsi Firəngiz Məmmədyarova mövzu ətrafında çıxış ediblər. Tədbir “Zəfər Paradı” və İlham Əliyevin II Qarabağ Müharibəsindəki son çıxışı olan “Qarabağ Azərbaycandır” adlı video-çarxla başa çatıb. Sonda şəhid ailələri və qazilər çay süfrəsinə dəvət olunublar.