Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qazisi İlkin Məmmədovla görüş keçirilib.

29.09.2021

28.09.2021-ci il tarixdə Göyçay rayon Heydər Əliyev Mərkəzinin və 1 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə Vətən müharibəsi qazisi İlkin Məmmədovla görüş keçirilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra 1 saylı kitabxana filialının müdiri Səidə Hacıyeva çıxış edərək bildirib ki, işğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı.

Növbəti olaraq, Mərkəzin elmi işçisi Ülkər Məlikzadə çıxış edərək qeyd edib ki, qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz qürur və iftixar mənbəyimizdir. Məhz onların qəhrəmanlığı, şücaəti, fədakarlığı sayəsində düşmən torpaqlarımızdan əbədi olaraq qovuldu.

Daha sonra qazimiz 44 günlük Vətən müharibəsi dövründə keçdiyi döyüş yolundan və yaşadığı döyüş xatirələrindən geniş söz açıb. Görüş maraqlı müzakirə şəraitində keçib. Həmçinin iştirakçılar qazimizə onları maraqlandıran suallar ünvanlayıb.

Sonda qazimizlə xatirə şəkli çəkilib.