Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucar rayon Heydər Əliyev Mərkəzində “Dəmir Yumruq” sənədli filmi nümayiş olunub.

29.09.2021

Ucar rayon Heydər Əliyev Mərkəzində karantin rejiminin tələblərinə riayət olunmaqla “Real TV” nin təşkilatçılığı ilə lentə alınan “Dəmir Yumruq” sənədli filmi nümayiş olunub. Filmdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsində Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan milli azlıqların nümayəndələrinin yumruq tək birləşərək göstərdikləri qəhrəmanlıq nümunələri əksini tapıb. Azərbaycanın cənubunda, şimalında, şərqində və qərbində yaşayan azsaylı xalqların gənc oğullarının Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərindən bəhs edən "Dəmir Yumruq” sənədli filmi iştirakçılar tərəfindən maraqla izlənilib. Tədbirdə Ucar rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Gənclər evinin əməkdaşları iştirak ediblər.