Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon MKS-nin Mərkəzi kitabxanasında yaradılmış “44 gün Qarabağa doğru” adlı güşənin qarşısında məlumat günü kecirilib.

30.09.2021

30 sentyabr 2021–ci il tarixində Ağdaş rayon MKS-nin Mərkəzi kitabxanasında yaradılmış “44 gün Qarabağa doğru” adlı güşənin qarşısında məlumat günü kecirilib. Tədbirdə çıxış edən Ağdaş rayon MKS-nin drektoru S. Feyzullayev İkinci Qarabağ müharibəsi ərəfəsində mövcud ictimai-siyasi vəziyyətlə bağlı məlumat verərək bildirib ki, ermənilərin 30 ilə yaxın işğalı artıq xalqımızı cana doyurmuşdu, onların hətta yeni torpaq zəbt etmək iddiaları Azərbaycan xalqını və ordumuzun Alı Baş Komandanını onların növbəti təxribatına cavab vermək məcburiyyətində qoydu. 27 sentyabr 2020-ci il tarixdə Prezident, Ali Baş Komandan İlham Əliyev əks hücum əmri verdi. Elə ilk gündəcə onların müdafiə xətti ordumuz tərəfindən dağıdıldı və bir neçə yaşayış məntəqəsi işğaldan azad edildi.