Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsinin iştirakçısı Tağıyev Toğrul Akif oğlunu evində ziyarət ediblər.

30.09.2021

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzində 2021-ci ilin 27 sentyabr – 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd edilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına əsasən silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır.

44 gün davam edən Vətən Müharibəsi Böyük Qələbəmizlə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Bu qəhrəmanlar arasında Zərdab rayon sakinii, Vətən müharibəsi iştirakçısı Toğrul Tağıyev də var.

29.09.2021-ci il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları İkinci Qarabağ müharibəsində Füzuli, Qubadlı və Şuşa rayonları uğrunda gedən döyüşlərdə könüllü iştirak edən Tağıyev Toğrul Akif oğlunu evində ziyarət ediblər.

Toğrul Azərbaycan Respublikasının Fizuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirdiyinə görə “Fizulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Torpaqlarımızın işğaldan azad olunması üçün göstərdiyi fədakarlığa görə Mərkəz kollektivi müharibə iştirakçısına minnətdarlıq bildiriblər.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova Müzəffər Ali Baş Komandan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən 30 illik işğalına son qoyulduğunu qeyd edərək, müqəddəs torpaqlarımızın mənfur düşməndən təmizləndiyini söylədi. Qəhrəman oğullarımızın Vətən qarşısında borcunu şərəflə yerinə yetirdiyini xüsusi olaraq diqqətə çatdıraraq, minlərlə əsgərlərimizin yüksək orden və medallarla təltif edildiyini bildirdi. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün örnəkdir-deyə Könül xanım çıxışında bildirdi.

Vətən müharibəsi iştirakçısı olan Toğrul müharibə zamanı yaşadıqlarını, özü və döyüş yoldaşları ilə bağlı xatirələrini Mərkəz əməkdaşları ilə bölüşdü. O, müharibədən sonra istər dövlət, istərsə də cəmiyyətimiz tərəfindən müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğıdan bəhs edərək, xalqımızın yüksək insani xüsusiyyətlərə və vətənpərvərlik hissinə malik olduğunu qeyd etdi. Sonda Mərkəz əməkdaşları öz ürək sözlərini bölüşərək qəhrəman Azərbaycan əsgərinə minnətdarlıqlarını bildirdilər.