Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Heydər Əliyev Mərkəzində Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin birinci ildönümü ilə bağlı dəyirmi masa təşkil olunub.

06.10.2021

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzində 2021-ci ilin 27 sentyabr – 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd edilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına əsasən silsilə tədbirlərin keçirilməsi davam edir.

Zərdab rayon Heydər Əliyev Mərkəzində Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin birinci ildönümü ilə bağlı “04.10.2020 - Cəbrayıl rayonu rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Qarabağ müharibəsində canlarından keçən bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükut ilə yad ediblər.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova tədbiri giriş sözü ilə açıb. O vurğulayıb ki, illərdir Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq eşqi, həvəsi ilə alışıb-yanan Azərbaycan bu tarixi zəfəri şəhidlərimizin və qazilərimizin canı, qanı bahasına əldə edib. Könül Rəhimova Ali Baş Komandanımız cənab İlham Əliyevin atdığı yerində və dəqiq addımların xalqımızı qələbəyə apardığını bildirib. Ordumuzun qətiyyəti qarşısında düşmənin aciz qaldığını, təxribatlara əl atdığını və müxtəlif müharibə cinayətləri törətdiyini xatırladıb. Sonra Mərkəzin elmi işçisi Alagöz Namazova çıxış edərək 44 günlük müharibənin 8-ci günündə Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin, bugünkü qələbənin ölkə Prezidentinin uğurlu daxili və xarici siyasətinin, yaratdığı qüdrətli Azərbaycan Ordusunun və dünyada qazandığımız beynəlxalq nüfuzun nəticəsi olduğunu, 44 günlük Vətən müharibəsində iştirak edən igid oğullarımızın illərdir itirdiyimiz qeyrətimizi bizə qaytardığını söyləyib.

Tədbirə dəvət olunan Zərdab rayon Mərkəzi Kitabxanasının əməkdaşlarından olan, Vətən müharibəsi iştirakçısı Hikmət Qasımovun anası Nisə Qasımova 44 gün davam edən müharibəni sözlərlə ifadə etməyin çətin və mümkünsüz olduğunu qeyd edib. Cismini müqəddəs torpağa, vətən sevgisini isə ruhumuza qatan şəhidlərimizi anmaq bizlər üçün hər zaman böyük fəxrdir!

Daha sonra Mərkəzin zal baxıcısı Xəyalə Soltanova ölümün gözünə dik baxan qazilərimizə göstərdikləri vətənpərvərlik və qəhrəmanlıqlarına görə minnətdarlıqlarını bildirib.

Bu il məktəbə sinələrində şəhid atalarının və qardaşlarımızın şəkli ilə biraz məyus, amma olduqca qürurla qədəm qoyan gələcəyimizin nümayəndələrinin yaddaşlarından bu tarixi Qələbə heç vaxt silinməyəcək! Zəfər soraqlı, Qələbə sevincli, Cəngi sədalı, Xudayar təsnifli Zəfər günümüz mübarək!