Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Beynəlxalq Müəllimlər günü ilə bağlı Vətən müharibəsi iştirakçısı olan təhsil işçisı, Zərdab rayon Əlvənd kənd tam orta məktəbin direktoru Elvin Məzahir oğlu Xəlilov ilə görüşüblər.

06.10.2021

05.10.2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 05 oktyabr Beynəlxalq Müəllimlər günü ilə bağlı Vətən müharibəsi iştirakçısı olan təhsil işçisı, Zərdab rayon Əlvənd kənd tam orta məktəbin direktoru, eyni zamanda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, baş leytenant, özü tarix müəllimi olmaqla bərabər yeni tarixi yazan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilən Elvin Məzahir oğlu Xəlilov ilə görüşüb.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova təhsil işçilərini 05 oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edib, Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralılarımızın tezliklə sağalmasını arzulayıb.

Könül xanım qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirən əsas səbəb ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin son illərdə həyata keçirdiyi güclü dövlət və ordu quruculuğu siyasətidir. Ökə Prezidentinin dəmir yumruğu altında vahid bir güc olaraq torpaqlarımızı Müzəffər Ordumuzun sayəsində işğaldan azad etdik.

Vətən müharibəsinin təhsilimizə də təsirsiz ötüşmədiyini vurğulayan Könül xanım deyib ki, 44 günlük Vətən müharibəsində 20 nəfər təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucaldı. Dövlət başçısının müvafiq sərəncamları ilə onların hər biri ölümündən sonra müxtəlif medallarla təltif edilib. Qürurverici haldır ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə qoşulanların sırasında 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq böyük qəhrəmanlıqlar göstərib.

Könül xanım sonda Elvin müəllimin timsalında təhsil işçilərinə xüsusi təşəkkürünü ifadə edərək, onlarla yanaşı, şəhid təhsil işçilərinin ailələrinin də hər zaman diqqət və qayğı ilə əhatə olunacağını vurğulayıb.

Görüşdə Vətən müharibəsində iştirak etmiş təhsil işçisi Elvin Xəlilov keçdiyi döyüş yolu ilə bağlı öz hekayəsini bölüşüb, 44 günlük Vətən müharibəsindən, Zəfər günü Xeyirin Şər üzərində qələbəsindən və tarixi ədalətin bərpa olunmasından, eyni zamanda döyüş xatirələrindən söhbət açıb.

Tədbirin sonunda 5 oktyabr Müəllimlər Günü və 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğu üçün Elvin Məzahir oğlu Xəlilova Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivi tərəfindən xatirə hədiyyəsi təqdim olunub.