Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Rəsul Rzanın ev muzeyində Vətən müharibəsinin birinci ildönümü münasibətilə “Şəhidlər unudulmur” başlıqlı tədbir təşkil olunub.

06.10.2021

Göyçay rayon Rəsul Rzanın ev muzeyində 2021-ci ilin 27 sentyabr – 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümü münasibətilə şəhid Elvin Məmmədova həsr olunmuş “Şəhidlər unudulmur” başlıqlı tədbir təşkil olunub. Tədbirdə Göyçay rayon 4 saylı tam orta məktəbin 4a və 8a sinif şagirdləri, sinif rəhbəri Cəmilə Bayramova və Uşaq Birliyi rəhbəri Aidə Osmanlı iştirak edib. Tədbiri giriş sözü ilə açan muzeyin bələdçisi Gülnar Ağayeva bildirib ki, Rəsul Rzanın ev muzeyində 2021-ci ilin 27 sentyabr – 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümün qeyd olunması münasibətilə silsilə tədbirlər keçirir. G.Ağayeva əsasən məktəblilər arasında keçiriləcək görüşlərin məqsədinin məktəblilər arasında İkinci Qarabağ Müharibəsini, vətən uğrunda canından keşənləri təbliğ etmək, onlarda vətənpərvərlik ruhunu aşılamaq olduğunu qeyd edib. Tədbirdə iştirak edən 4 saylı tam orta məktəbin müəlliməsi Cəmilə Bayramova çıxışında bildirib ki, 4 a sinifi şəhid Elvin Məmmədovun adını daşıyır. O, şagirdləri ilə birgə şəhidin evini ziyarət etdiyini, məktəblərində şəhidə həsr olunmuş tədbir təşkil etdiyini bildirib.

Tədbirdə məktəblilər şeirlər söyləmiş, muzeyin təşkil etdiyi kitab sərgisi və Vətən müharibəsində şəhid olmuş göyçaylılara həsr olunmuş “Qanı ilə tarix yazan şəhidlər” adlı foto sərgi ilə tanış olmuşlar.

44 günlük Vətə müharibəsinin şəhidi Məmmədov Elvin Mübariz oğlu 26 fevral 1997-ci ildə Göyçayın Ləkçıplaq kəndində anadan olub. 2002-ci ildə Ləkçıplaq kənd 1 saylı tam orta məktəbinə gedib. Məktəbi bitirdikdən sonra Elvin hərbi xidmətə çağırılıb. Hərbi xidmətini uğurla başa vurduqdan sonra  müxtəlif mülki işlərdə çalışıb. Sentyabrın 21-də Elvini hərbi səfərbərlik xidmətindən hərbi təlimlərə çağırırlar. Sentyabrın 27-də düşmənin əks hücumunun qarşısını almaq üçün başlanan döyüşlər zamanı Elvin Goranboy, Tərtər rayonlarında qəhrəmancasına döyüşüb, 1 oktyabr 2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə aldığı ağır güllə yarasında sonra elvin şəhidlik zirvəsinə yüksəlib.

Allah rəhmət eləsin!