Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Ömərli Kənan Elxan oğlunun vəfatının ildönümündə iştirak ediblər.

06.10.2021

Ağdaş Regional Mədəniyyət İdarəsinin  tabeliyində  fəaliyyət göstərən Göyçay rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları  27 sentyabr -8 noyabr tarixlərində Vətən müharibəsinin birinci  ildönümünün qeyd olunması ilə əlaqədar 6 oktyabr 2021-ci il tarixində Ömərli Kənan Elxan oğlunun vəfatının ildönümündə iştirak ediblər. Ömərli Kənan 1999–cu il martın 8-də Göyçay rayonunun Cəyirli kəndində dünyüyü göz açmışdır. O, 2018-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, cəbhə bölgəsində N saylı hərbi hissədə xidmətə başlamışdır. 2020-ci ilin yanvarında tərxis olunaraq doğma kəndinə qayıtmışdır. Kənan 2020-ci ilin sentyabrın 29-da cəbhəyə yola salınır və onun əsgərlik həyatının ikinci dövrü cəmi 7 gün çəkir. O, 21 yaşında oktyabrın 6-da qəhrəmancasına şəhid olur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına  əsasən Kənan Ömərli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Göyçay rayon Cəyirli  kənd usaq baxçasına  şəhid Ömərli Kənanın adı verilib.  Şəhidin bir neçə şəxsi əşyası ailəsi tərəfindən muzeyə təhvil verilmişdir.