Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı Zərdab rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər və ekskursiyalar davam edir.

17.05.2018

Zərdab Peşə liseyinin kollektivi ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Zərdab rayon Heydər Əliyev Mərkəzini ziyarət etdilər. 
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı Zərdab rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər və ekskursiyalar davam edir. Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova ziyarətçiləri salamlayaraq bildirdi ki, ümummilli liderin şah əsəri olan Azərbaycan onun ideyaları əsasında günbəgün möhkəmlənir, inkişaf edir, beynəlxalq münasibətlər sistemində yeri və rolunu artırır, bir sözlə, Cənubi Qafqazın parlayan ulduzu kimi tanınaraq, inkişafın Azərbaycan modelinin mövcudluğunu dünyaya nümayiş etdirir. Heydər Əliyev siyasətinin təntənəsi kimi dəyərləndirilən bu uğurlar dahi şəxsiyyətə sevgi və ehtiramın böyüklüyündə öz təsdiqini tapır. Ulu öndərin 95-ci ildönümünün yüksək əhval-ruhiyyədə keçirilməsi də bu sevgi və ehtiramdan qaynaqlanır.
K.Rəhimova bildirdi ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin, xalqının qarşısındakı xidmətlərinin miqyası genişdir, arxada qalan hər il bu xidmətlərdə yeni-yeni məqamların açıqlanmasına yardımçı olur. Məhz bu fonda dahi şəxsiyyət Heydər Əliyevin bu fikirlərini bir daha xatırlatmaq istərdik: «Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!
Könül xanım onu da vurğuladı ki, son 15 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasını şərtləndirir. Bu gün ölkəmiz iqtisadi, siyasi, humanitar mərkəzə çevrilərək dövlətlər, xalqlar arasında körpü roluna yeni-yeni əlavələr edir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü Azərbaycan ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. O Azərbaycan ki, dinamik iqtisadi inkişafı, demokratiya təcrübəsi ilə digər dövlətlərə nümunədir. Ən əsası beynəlxalq aləmdə inkişafın Azərbaycan modelindən geniş bəhs olunur və təqdir edilir. Bir sözlə, Azərbaycan Heydər Əliyev yolu ilə və bu yolun uğurları ilə davamlıdır.