Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsinin şəhidi Ağaqardaş Abbasovun anası Dilbər müəlliməni ziyarət ediblər.

06.10.2021

05.10.2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 05 oktyabr Beynəlxalq Müəllimlər günü ilə bağlı Qələbəmizə öz töhfəsini verən qəhrəman şəhidlərimizdən biri, baş leytenant, ölümündən sonra "Vətən uğrunda" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunan Ağaqardaş Abbasovun (Zərdab rayonu Hüseynxanlı kəndi) anası Dilbər müəlliməni ziyarət ediblər.

Şəhidin anası ilə görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərimizdən bəhs edilib. Bu şanlı tarixi Qələbəyə öz töhfəsini verən şəhidlərimizin, o cümlədən Vətən müharibəsində iştirak edən qəhrəman təhsil işçilərindən söhbət açaraq, onların daim qəlblərdə yaşayacağı vurğulanıb.

Şanlı tarix yazan, ixtisasca Azərbaycan dili və ədəbiyyat müəllimi olan, sonsuz sevgi ilə hərbiçi olmaq istəyini realllaşdıran və vətən yolunda həlak olan –Şəhid Ağaqardaş Ağayev....

Ailənin tək oğlu, iki bacının bir qardaşı, Müəllim ananın müəllim hərbiçi oğlu.......

şəhid verən müəllim ana cənnətdəki müəllim oğlunu təbrik etdi....

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən qəhrəman Şəhidin anasına vətənpərvər övlad yetişdirdiklərinə görə təşəkkür edilib.