Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab Şəhər Uşaq İncəsənət məktəbinin müəllim və şagird kollektivi “Hərbi Qənimətlər parkı”nda ekskursiyada olublar.

07.10.2021

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 27 sentyabr 2021-ci il tarixli 07/04-1840/2021 nömrəli məktubunun və Ağdaş Regional Mədəniyyət İdarəsinin “Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 2021-ci ilin 27 sentyabr-8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması barədə” 28 sentyabr 2021-ci il tarixli, 06 nömrəli əmrinin icrası ilə əlaqədar Zərdab Şəhər Uşaq İncəsənət məktəbinin müəllim və şagird kollektivi Bakı şəhərinə ezam olunmuşlar. Kollektiv ilk öncə “Fəxri Xiyaban”da Ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, sonra isə “Hərbi Qənimətlər parkı”nda ekskursiyada olmuşlar. “Hərbi Qənimətlər parkı”nda düşmən texnikasının məhv edələrək sıradan çıxarılmasının, həmçinin ağır artilleriya texnikasının və böyük dağıdıcılığa malik olan raketlərin məhv edilmiş görünüşü ilə əyani olaraq  tanış olublar. Bu isə öz növbəsində şagirdlərdə düşmənə bir daha nifrət hissi oyadıb. Mənfur düşmənlərin Azərbaycan xalqının dinc əhalisinə qarşı amansız qətliamlarından danışılaraq şagirdlərə aşılanmışdır.