Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları Vətən müharibəsinin Şəhidi Vəliyev Sadiq Ayaz oğlunun ailəsini ziyarət ediblər.

07.10.2021

Ağdaş rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları Ağdaş rayon Xosrov kənd sakini Vətən müharibəsinin Şəhidi Vəliyev Sadiq Ayaz oğlunun adını daşıyan bulağın açılışında və şəhidin vəfatının birinci ildönümü mərasimində iştirak etmişlər. Şəhidin valideynləriylə söhbət zamanı onun Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzuli və Cəbrayılın işğaldan azad olunmasında göstərdiyi igidlikdən söhbət açılmışdır. Sonda valideynləri tərəfindən Şəhidə məxsus fotoşəkillər, sənəd və şəxsi əşyaları muzeyin fonduna bağışlanmışdır.