Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qazisi ilə görüş keçirilib.

07.10.2021

Göyçay rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi qazisi ilə görüş keçirilib. Əvvəlcə şəhidlərimizin əziz ruhu 1 dəqiqəlik sükutla yad edilib. Sonra Mərkəzin direktoru Samirə Vəliyeva çıxış edərək bildirib ki, 44 gün ərzində hər gün rəşadətli ordumuz Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında şanlı tarix yazaraq Azərbaycan xalqının qəhrəmanlığını, mübarizliyini, bütün dünyaya nümayiş etdirərək, eyni zamanda dünya tarixinə əbədi olaraq Qalib Ölkə, Müzəffər Xalq kimi həkk olundu.
Daha sonra çıxış üçün söz Hadrut istiqamətində gedən döyüşlərdə fəal iştirak etmiş qazi Bayram Vəliyevə verilib. O da öz növbəsində müharibə dövründə keçdiyi döyüş yolundan ətraflı söhbət açıb.
Növbəti olaraq, çıxış üçün söz Mərkəzin bələdçisi Aytən Zeynalovaya verilib. O, çıxışında qeyd edib ki, 44 günlük müharibədən sonra Azərbaycana yanaşma dəyişdi. O, həmçinin qeyd etdi ki, Azərbaycan bu regionda təkcə işğalçı Ermənistandan deyil, ondan qat - qat böyük dövlətlərdən, ona silah- sursat ötürənlərdən üstün bir hərbi performans sərgilədi.
Sonda qazimizin müharibə dövründə iştirak etdiyi real döyüş kadrları nümayiş olunub. Kadrlar tədbir iştirakçılarının böyük marağına səbəb olub.