Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Tarix–Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsinin Şəhidi Həsənov Maarif Rahim oğlunun ailəsini ziyarət ediblər.

07.10.2021

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Tarix–Diyarşünaslıq Muzeyinin əməkdaşları 27 sentyabr – 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə əlaqədar Vətən müharibəsinin Şəhidi Həsənov Maarif Rahim oğlunun ailəsini ziyarət ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Maarif Rahim oğlu Həsənov 19 noyabr 1999-cu ildə Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində anadan olmuşdur.

Maarif Həsənov 2020-ci il sentyabr ayının 29-da qismən səfərbərlik haqqında sərəncama əsasən, Vətən müharibəsinə yollanıb. O, 7 ay əvvəl həqiqi hərbi xidmətdən qayıtmışdı.

Maarif Həsənov oktyabr ayının 12-də gecə Ağdərə istiqamətində kəşfiyyat qrupu ilə döyüşə girmiş, qəhrəmancasına döyüşərək oktyabrın 13-də şəhidlik zirvəsinə ucalmışdır. O, erməni postunda şəhid olduğu üçün nəşi 1 ay 5 gün neytral zonada qalmış, noyabr ayının 17-də  onun nəşi Vətən bayrağına bükülərək Göyçaya gətirilmiş və izdihamla torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Maarif Həsənov ölümündən sonra “Vətən uğrunda “ medalı ilə təltif edilmişdir.