Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Tarix–Diyarşünaslıq Muzeyində “Ordumuzun şanlı zəfəri” mövzusunda mühazirə oxunub.

08.10.2021

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Tarix–Diyarşünaslıq Muzeyində 2021-ci ilin 27 sentyabr – 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə bağlı silsilə tədbirlər keçirilir. 8 oktyabr 2021- ci il tarixində muzeydə 5 saylı tam orta məktəbin  7-ci sinif şagirdlərinə   “Ordumuzun şanlı zəfəri” mövzusunda mühazirə oxunub. Mühazirəni giriş sözü ilə muzeyin direktoru Gülçin Babayeva açmışdır. O, şagirdlərimizi salamlayıb, məktəblilər arasında keçiriləcək görüşlərin məqsədini, məktəblilər arasında İkinci Qarabağ müharibəsini təbliğ etməyi, onlara vətənpərvərlik ruhunu aşılamaqdır. Sonra söz muzeyin əməkdaşı Nuranə Sultanovaya verilib. O, çıxışında Azərbaycan Ordusunun qüdrətindən, hərbi texnikasından, döyüşlərdəki hərbi strategiyasından söz açıb. Ali Baş Komandamız İlham Əliyevin çıxışından sitat gətirərək şanlı Ordumuzun yenilməzliyini uşaqlara xüsusi vurğulayıb.

Sonda uşaqlar şeir parçaları ilə çıxış ediblər.