Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qazisi ilə görüş baş tutub.

08.10.2021

Göyçay rayon Heydər Əliyev Mərkəzində Göyçay rayon MKS-nin 1 saylı şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə Vətən müharibəsi qazisi ilə görüş baş tutub.Bu dəfəki görüşdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etmiş qazi Rüfət Paşayev iştirak edib. Əvvəlcə şəhidlərimizin əziz ruhu 1 dəqiqəlik sükutla yad edilib. Sonra Mərkəzin direktoru Samirə Vəliyeva çıxış edərək bildirib ki, düşmənin pozucu və işğalçı təcavüzünə cavab olaraq Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan ordusunun geniş miqyaslı əks hücum əməliyyatlarının başlanmasına dair tarixi qərar qəbul olunmuş və Azərbaycan tarixinin möhtəşəm və şanlı səhifəsini təşkil edən vətən müharibəsi zəfərlə nəticələnmişdir. Daha sonra 1 saylı kitabxana filialının müdiri Səidə Hacıyeva çıxış edərək bildirib ki, işğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı.

Qazimiz də öz növbəsində keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Tədbir maraqlı müzakirə şəraitində keçib.

Sonda Mərkəzin elmi işçisi Ülkər Məlikzadə çıxış edərək qeyd edib ki, Azərbaycanın mərd oğulları torpaqlarımızın azadlığı üçün, Vətənimizin illərdir düşmən tapdağından xilas olması üçün canından keçdilər.