Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunmuş ”Uğrunda qan tökülmüş torpağa Vətən deyilir” adlı tədbir keçirilib.

11.10.2021

Rayon məktəblilərinin də iştirak etdiyi tədbirdə muzeyin direktoru Mustafayeva Şahnaz çıxış edərək bildirib ki, Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhvədir.

Bu gün savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azerbaycanı daha böyük gələcək, daha firavan həvat gözləyir. Sonda şagirdlər şeir və kompazisiya ilə çıxış ediblər.