Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Rəsul Rzanın ev muzeyində münasibətilə “44 günlük döyüş yolu” başlıqlı tədbir təşkil olunub.

11.10.2021

Göyçay rayon Rəsul Rzanın ev muzeyində 2021-ci ilin 27 sentyabr – 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümü münasibətilə “44 günlük döyüş yolu” başlıqlı tədbir təşkil olunub. Tədbirdə Göyçay rayon 4 saylı tam orta məktəbin 8 a sinif şagirdləri, kitabxanaçı Nərgiz Abdullayeva və 8a sinfinin rəhbəri, tarix müəlliməsi Məmmədyarova Firəngiz iştirak edib. Tədbiri giriş sözü ilə açan muzeyin bələdçisi Gülnar Ağayeva bildirib ki, Rəsul Rzanın ev muzeyi 2021-ci ilin 27 sentyabr – 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümün qeyd olunması münasibətilə silsilə tədbirlər keçirir. O, keçiriləcək tədbirlərin mahiyyətidən, məktəblilərin bu tədbirlərə cəlb olunmasından bəhs edib. Bildirib ki, Azərbaycan tarixinə Şanlı Qələbə kimi daxil olan 44 günlük müharibəni öyrətmək və təbliğ etmək, onun qəhrəmanlarını yad etmək bizim daim borcumuzdur. Müəllimə F.Məmmədyarova bildirib ki, dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa  vuraraq böyük zəfər qazanıb: “”Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır”. Firəngiz müəllimə qeyd edib ki, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

Tədbirdə məktəblilər muzeyin təşkil etdiyi kitab sərgisi və Vətən müharibəsində şəhid olmuş göyçaylılara həsr olunmuş “Qanı ilə tarix yazan şəhidlər” adlı foto sərgi ilə tanış olublar.