Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Rəsul Rzanın ev muzeyinin əməkdaşları Vətən müharibəsinin iştirakçısı Nobatov Tahir Mahir oğlunun evində görüş təşkil ediblər.

11.10.2021

Göyçay rayon Rəsul Rzanın ev muzeyinin əməkdaşları  2021-ci ilin 27 sentyabr – 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş tədbirlər planına uyğun olaraq Vətən müharibəsinin iştirakçısı Nobatov Tahir Mahir oğlunun evində görüş təşkil ediblər.

Nobatov Tahir 2012-ci il yanvarın 24-də anadan olmuş, 2018-ci ildə orta məktəbi bitirmişdir. O, 2020-ci ilin may ayında Göyçay rayon Hərbi Komissarlığının çağırışı ilə N saylı hərbi hissəyə yollanmışdır. Nobatov Tahir 27 sentyabr Vətən müharibəsi başlanan gündən ön cəbhədə olmuş, Xocavənd, Füzuli, Cərayıl, Zəngilan, Qubadlı, Ağdamda əsgər, qurğu komandiri, çavuş kimi döyüşlərdə iştirak etmişdir.  Tahir Füzuli rayonunu işğaldan azad edilməsi uğrunda döyüşlərində şücaətinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Görüş zamanı Tahir öz döyüş təəssüratlarını və xatirələrini bölüşüb. Sonda muzeyin əməkdaşları gənc əsgərə öz minnətdarlığını bildiriblər.