Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ”Hadrut, qayıdışın mübarək” adlı tədbir keçirilib.

11.10.2021

Göyçay rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Hadrutun erməni işğalından azad olunmasının 1-ci ildönümü münasibətilə "Hadrut, qayıdışın mübarək" adlı tədbir keçirilib. Əvvəlcə hər zaman olduğu kimi şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Mərkəzin direktoru Samirə Vəliyeva çıxış edərək bildirib ki, doğma torpağımız olan Hadruta, həmçinin digər işğaldan azad edilmiş torpaqlarımıza Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti və qətiyyəti, əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti, əbədiyaşar qəhrəmanlarımız olan şəhidlərimizin qanı, canı bahasına qayıtmışıq. Daha sonra çıxış üçün söz Mərkəzin fond mühafizi Könül Bayramovaya verilib. O, çıxışında qeyd edib ki, 2020-ci il 09 oktyabr tarixi Zəfər tariximizin şanlı səhifələrindən biri olub, doğma Hadrutun işğaldan azad olunaraq azadlığa qovuşduğu gündür. Bu tarix Azərbaycan xalqının tarixində əbədi olaraq qalacaqdır.

Növbəti olaraq, Kəlbəcər Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin əsgərləri olmuş qazilərimiz Cəfərli Sabir və Həsənov Zahir çıxış edərək keçdikləri şərəfli döyüş yolundan bəhs ediblər.

Tədbirin sonunda qazilərimiz Vətən müharibəsinə həsr olunmuş sərgi ilə tanış olublar.