Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Tarix-Diyarşunaslıq Muzeyinin əməkdaşları şəhid Vasif Məmmədovun ailəsini ziyarət ediblər.

12.10.2021

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Tarix-Diyarşunaslıq Muzeyinin əməkdaşları 27 sentyabr – 8 noyabr tarixlərində Vətən müharibəsinin  birinci ildönümünün qeyd olunması ilə əlaqədar 11 oktyabr 2021- ci il tarixində şəhid Vasif Məmmədovun ailəsini ziyarət ediblər.                                                                                                       

Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının əsgəri Vasif Məmmədov 1994- cü il  noyabrın 12- də Göyçay şəhərində anadan olub. 2014- ci ildə həqiqi hərbi xidmətə çağrılmış, Naxçıvanda N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət etmişdir. 2016- cı ildə hərbi xidməti başa vuraraq Göyçaya qayıtmışdır. Ailənin tək övladı olan Vasif 2020-ci ilin sentyabrında səfərbərliyə alınaraq 2-ci Qarabağ müharibəsinə yola salınmışdır. Vasif Məmmədov Xocavənd və Füzulinin azad edilməsində şücaət göstərmiş, noyabrın 4–də qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15.12.2020- ci il tarixli Sərəncamına əsasən Vasif Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “ Xocavəndin azad olunmasına görə”  və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.