Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Heydər Əliyev Mərkəzinin və Zərdab rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Tarixi Zəfərin banisi-Heydər Əliyev” başlıqlı tədbir keçirilib.

12.10.2021

Ağdaş Regional Mədəniyyəıt İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin və Zərdab rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə 11 oktyabr 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə Prezident seçilməsi və tarixi Zəfərimiz unudulmaz lider Heydər Əliyevin ideyalarının təntənəsi mövzusuna həsr edilmiş “Tarixi Zəfərin banisi-Heydər Əliyev” başlıqlı tədbir keçirilib.

Tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin və Mərkəzi Kitabxananın kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Kitabxananın direktoru Nailə Əliyeva bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin hərtərəfli inkişafı, xalqımızın mənəvi-mədəni təkamülü, milli-mənəvi dəyərlərinin qorunub gələcək nəsillərə ötürülməsi üçün fədakarlıqla fəaliyyət göstərib. Birinci dəfə 1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyevin əzmkarlığı, vətənpərvərliyi, təşəbbüskarlığı sayəsində ölkəmiz sürətli inkişaf yoluna çıxmış, iqtisadiyyat, elm, təhsil, mədəniyyət sahələrində əsaslı dönüşə nail olunmuşdur. Heydər Əliyev Azərbaycanda milli oyanışın, iqtisadi və sosial tərəqqinin banisidir. 1982-ci ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini seçilən Heydər Əliyev böyük məsuliyyət tələb edən sahələrə uğurla rəhbərlik etmişdir. 1990-cı ilin 20 Yanvar faciəsindən dərhal sonra ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş bu cinayətə kəskin etiraz etmişdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizi, milli dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etməsindən, böyük uzaqgörənliklə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmasından ətraflı danışdı. Heydər Əliyevin zəngin həyat və idarəçilik təcrübəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində Azərbaycanda möhkəm daxili ictimai-siyasi sabitlik, qanunçuluq bərpa olunmuş, yeni neft strategiyası işlənib hazırlanmış və uğurla həyata keçirilmişdır.

Könül xanım qeyd edib ki, ulu öndərimiz Heydər Əliyevin layiqli varisi, Azərbaycan Respublkasının Prezidenti möhtərəm cənab İlham Əliyev çox qarışıq və mürəkkəb dünyamızda ölkəmizi böyük məharətlə, siyasi uzaqgörənliklə idarə edir, respublikamız böyük nailiyyətlərə imza atır.

Gənc nəsl ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini dərindən öyrənməli, Onun ideyalarına sadiq qalmalı, dövlət başçımız cənab İlham Əliyevi qətiyyətlə, prinsipiallıqla dəstəkləməlidirlər-deyə Könül xanım çıxışında qeyd edib.

Tədbirin sonunda Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi Nicat Əhmədzadə “Heydər Əliyevin böyüklüyünü illər keçdikcə daha dərindən hiss edirik” mövzusunda geniş məruzə ilə çıxış edib.