Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

62 saylı Ağdaş şəhər kitabxana filialında Vətən müharibəsinə həsr olunmuş “Zəfər bizimdir” adlı tədbir keçirilib.

12.10.2021

11 oktyabr 2021-ci il tarixdə Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tabeliyində fəaliyyət göstərən 62 saylı şəhər kitabxana filialında Vətən müharibəsinə həsr olunmuş “Zəfər bizimdir” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən kitabxananın müdiri Məhluqə Abdullayeva Vətən müharibəsi haqqında tədbir iştirakçılarına məlumat verib. Oxuculardan Nərmin Abdullayeva, Nuray Məmmədova, Zeynəb Abdullayeva və başqaları Vətən, Qarabağ, Şəhidlər və Azərbaycan əsgəri haqqında şeirlər söyləyiblər. Tədbirin sonunda iştirakçılar mövzu ilə əlaqədar kitabxanada yaradılmış sərgi və Ağdaş şəhidlərinə həsr olunmuş fotostendələ tanış olublar.