Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucar rayon Heydər Əliyev Mərkəzində “Tarixi Qələbə” adlı sərgi təşkil olunub.

12.10.2021

Ucar rayon Heydər Əliyev Mərkəzində 2021-ci ilin 27 sentyabr – 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd edilməsi ilə bağlı hazırlanmış “Tədbirlər Planı”na əsasən  44 günlük Vətən müharibəsinə həsr olunmuş “Tarixi Qələbə” adlı sərgi təşkil olunub. Sərgidə Mərkəzin rəsm kursunun şagirdlərinin və şəhər 6 nömrəli məktəbinin şagirdlərinin rəsmlərindən ibarət vətənpərvərlik mövzusunda olan  şəkillər, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, uzaqgörən siyasətindən bəhs edən və Qarabağın tarixi haqqında kitablar nümayiş etdirilib.

Eyni zamanda, sərgidə  Vətən, torpaq sevgisi ilə şəhidlik zirvəsinə ucalmış Vətən övladlarına həsr olunmuş materiallar yer alıb.Sərgi izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.