Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qazisi ilə növbəti dəfə görüş keçirilib.

13.10.2021

Bu dəfəki görüşün qonaqları Tərtər, Qubadlı və Zəngilan istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş qazilərimiz Məmmədov Fuad, Seyidov Ramin olub. Əvvəlcə şəhidlərimizin əziz ruhu 1 dəqiqəlik sükutla yad edilib. Sonra Mərkəzin direktoru Samirə Vəliyeva tədbiri açıq elan edərək bildirib ki, müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın­da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu.

Daha sonra qazilərimiz keçdikləri döyüş yolundan ətraflı söhbət açıblar.
Sonda Mərkəzin elmi işçisi Nuranə Əzizli çıxış edərək qeyd edib ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.