Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Rəsul Rzanın ev muzeyinin əməkdaşları 3 saylı orta məktəbin 3 j sinfində “Şəhidlər Vətən uğrunda canından keçən əbədi qəhrəmanlardır” adlı mühazirə təşkil edib.

13.10.2021

Göyçay rayon Rəsul Rzanın ev muzeyinin əməkdaşları 2021-ci ilin 27 sentyabr – 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümü münasibətilə “Vətən uğrunda döyüşənləri tanıyaq və tanıdaq” layihəsi əsasında 3 saylı orta  məktəbin 3 j sinfində “Şəhidlər Vətən uğrunda canından keçən əbədi qəhrəmanlardır” adlı mühazirə təşkil edib. Muzeyin əməkdaşları Gülnar Ağayeva və Əlisəftər Məmmədov çıxışlarında bildiriblər ki, şəhidlik insanın Allaha, Vətənə, xalqına, millətinə olan sevgisinin həyat-ölüm astanasında qeyd-şərtsiz şəhadət tapdığı ali məqamdır. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi ilə dövlət-ordu-xalq birliyinin nələrə qadir ola biləcəyini, Azərbaycanın hərbi qüdrətini öz qəhrəmanlıqları ilə bütün dünyaya sübut ediblər. Öz cəsarətləri ilə hər zaman düşmənə sübut ediblər ki, Vətən torpağının bir qarışı belə onlar üçün həmişə qiymətli olub. Bu zirvəyə ucalan cəsur, igid əsgərləri, qəhrəmanları hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.

Daha sonra 3j sinfinin rəhbəri Elnarə Ələkbərova bildirib ki, onların sinfi şəhid Xudayar Yusifzadənin adının daşıyır. Müəllimə şagirdləri arasında vətənpərvərlik ruhunu aşılamaq, onlara şəhidlərimizi tanıtmaq üçün mütamadi məlumat verildiyini, sinifdə silsilə tədbirlər təşkil olunduğunu qeyd edib. Sonda şagirdlər şeirlər söyləyib, vətənpərvərliyə həsr olunmuş videoçarx izlənilib.