Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Tarix-Diyarşünaslıq Muzeyinidə Vətən müharibəsinin qaziləri ilə görüş keçirilib.

13.10.2021

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Tarix-Diyarşünaslıq Muzeyinidə 27 sentyabr -8 noyabr Vətən Müharibəsinin ildönümü ilə əlaqədar İkinci Qarabağ müharibəsində iştirak edən qazilərlə görüş keçirilib. Görüşdə Birinci Qarabağ müharibəsinin Şəhidi Vilayət Rüstəmovun oğlu, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Göyçay rayon Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Eldəniz Rüstəmov, qazilərimiz Turan İslamov, Nemət Həşimov və Mehman Əsgərov iştirak ediblər. Eldəniz Rüstəmov Murovdan başlayaraq Hadrut və Şuşanın Topxana meşəsinə kimi döyüşlərdə iştirak edib. Tədbirdə iştirak edən qazilər Vətən müharibəsində keçdikləri şərəfli döyüş yolundan ətraflı bəhs ediblər. Sonda Göyçay rayon Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Eldəniz Rüstəmov Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi zamanı arxa cəbhədə göstərdiyi səmərəli xidmətlərə görə Göyçay rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülçin Babayevaya “Fəxri Fərman” təqdim edib.