Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Rəsul Rzanın ev muzeyində “Şəhidlik yolun başlanğıcıdır” adlı tədbir təşkil edilib.

14.10.2021

Oktyabrın 13-də Göyçay rayon Rəsul Rzanın ev muzeyində 2021-ci ilin 27 sentyabr – 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümü münasibətilə “Vətən uğrunda döyüşənləri tanıyaq və tanıdaq” layihəsi əsasında 1 saylı orta məktəbin 3-cü sinif şagirdlərinin iştirakı ilə “Şəhidlik yolun başlanğıcıdır” adlı tədbir təşkil edilib. Tədbiri çıxış sözü ilə açan muzeyin əməkdaşı Gülnar Ağayeva bildirib ki, Vətən müharibəsinin birinci ildönümü münasibətilə muzey silsilə tədbirlər təşkil edib. Muzeyin elmi işçisi Əlisəftər Məmmədov çıxışında 44 günlük Vətən müharibəsi haqqında ətraflı məlumat verib. Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirməyin bizim hər birimizin ən müqəddəs vəzifəsi olduğunu bildirən sinif müəlliməsi Kərimova Sədəf şagirdləri arasında həmişə maarifləndirici söhbətlər apardığını qeyd edib.

Daha sonra şagirdlər şeirlər söyləyib, fotostend və kitab sərgisi ilə tanış olublar.