Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Maqsud Şeyxzadə ev-muzeyində “Vətən müharibəsinin möhtəşəm zəfəri” adlı tədbir keçirilib.

14.10.2021

13 Oktyabr 2021-ci il tarixində Ağdaş rayon Maqsud Şeyxzadə ev-muzeyində Vətən müharibəsinə həsr olunmuş “Vətən müharibəsinin möhtəşəm zəfəri” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə  muzey əməkdaşları “İlham Əliyevin qətiyyəti-Azərbaycanın Zəfəri” mövzusunda çıxışlar ediblər. Eyni zamanda tədbirdə iştirak edən şagirdlərə Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun əldə etdiyi ugurlardan, müharibə zamanı  igid, qorxmaz oğullarımızın şücaətindən ətraflı məlumat verilib. Tədbirin sonunda şagirdlər Ağdaş şəhidlərinə və Tarixi Qələbəmiz-Zəfər gününə həsr olunmuş sərgi və fotostendlə tanış olublar.