Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qazisi ilə növbəti dəfə görüş keçirilib.

14.10.2021

Bu dəfəki görüşdə Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş qazimiz Qənbər Qarayev iştirak edib. Əvvəlcə şəhidlərimizin əziz ruhu 1 dəqiqəlik sükutla yad edilib. Sonra Mərkəzin direktoru Samirə Vəliyeva tədbiri açıq elan edərək bildirib ki, 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü.

Daha sonra qazimiz keçdiyi döyüş yolundan ətraflı söhbət açıb. Görüş hər zaman olduğu kimi maraqlı diskusiya şəraitində keçib.

Sonda çıxış üçün söz Mərkəzin bələdçisi Aytən Zeynalovaya söz verilib. O, çıxış edərək qeyd edib ki, bu inamlı tarixi qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən 30 ildən sonra azad edilməsini reallaşdırdı. Bu tarixi qələbə 1 milyondan çox Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoydu.