Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qazisi ilə növbəti dəfə görüş keçirilib

18.10.2021

15 oktyabr 2021-ci il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qazisi ilə növbəti dəfə görüş keçirilib. Bu dəfəki  görüşdə Tərtər  istiqamətində gedən  döyüşlərdə şücaət göstərmiş qazimiz  Babayev Ayaz iştirak edib.  Əvvəlcə ənənəvi olaraq, şəhidlərimizin əziz ruhu 1 dəqiqəlik sükutla yad edilib. Sonra Mərkəzin direktoru Samirə Vəliyeva tədbiri açıq elan edərək bildirib ki, ikinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Uzun illərin əsarətindən sonra düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi tarixi zəfərimizlə başa çatmaqla yanaşı, eyni zamanda xalqımızın liderinə, onun gücünə, qətiyyətinə etibarını daha da möhkəmləndirdi.

Daha sonra qazimiz keçdiyi döyüş yolundan ətraflı söhbət açıb. Görüş hər zaman olduğu kimi maraqlı diskusiya şəraitində keçib.

Sonda çıxış üçün söz  Mərkəzin elmi işçisi  Ülkər Məlikzadəyə verilib. O, çıxış edərək qeyd edib ki, Zəfər tariximizin şanlı səhifəsini təşkil edən Vətən müharibəsinin bütün döyüşləri, hərbi əməliyyatları bir qəhrəmanlıq dastanı, salnaməsidir.