Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Mədəniyyət Mərkəzində ”18 oktyabr Müstəqilliyimizin bərpası” gününə həsr olunmuş dəyirmi masa keçirilib.

18.10.2021

18 oktyabr 2021-ci il tarixdə Ağdaş rayon Mədəniyyət Mərkəzində "18 oktyabr Müstəqilliyimizin bərpası" gününə həsr olunmuş dəyirmi masa keçirilib. İlk öncə Müstəqilliyimiz,suverenliyimiz uğrunda canından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin direktoru Xalid Zamanov Müstəqilliyizin bərpası uğrunda Ulu Öndər Heydər Əliyevin danılmaz rolunun olduğunu qeyd edib. Bildirilib ki,  Cənab Ali Baş Komandan İlham Əliyev ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirir. Tədbirdə Mədəniyyət Mərkəzinin metodisti Fərqiyyə Əliyeva məruzə ilə çıxış edib. Əməkdaşlar Vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər. Kollektiv tədbirdən sonra rayon mərkəzində  l və ll Qarabağ döyüşlərində  Şəhid olan Ağdaşlıların portretləri olan Zəfər meydanını ziyarət ediblər.