Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları Palkovnik-Leytnant Hüseynov Rəhim Qədir oğlunun ailəsini ziyarət ediblər.

19.10.2021

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları 20 oktyabr 2021-ci il tarixində  İkinci Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Palkovnik-Leytnant Hüseynov Rəhim Qədir oğlunun ailəsini ziyarət ediblər.

Görüş zamanı Şəhidin anası Hüseynova Həqiqət xanım Rəhim haqqında  xatirələrindən, onun vətənə, torpağa qarşı olan sevgisindən qürurla danışıb.

Muzeyin əməkdaşları çıxış edərək bildirdilər ki, Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!

Sonda M.F.Axundov adına Gəlmə kənd tam orta məktəbinin  şagirdlləri şer və kompazisiya ilə çıxış ediblər.