Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Mərkəzi kitabxanasının bir qrup əməkdaşları Bakı şəhərində ekskursiyada olublar.

19.10.2021

18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar Ağdaş rayon Mərkəzi kitabxanasının bir qrup əməkdaşları Bakı şəhərində ekskursiyada olublar. İlk öncə Ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarlarını ziyarət olunub. Sonra Şəhidlər xiyabanında 1990-cı il 20 Yanvar şəhidləri, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən 1-ci Qarabağ müharibəsinin şəhidləri və Azərbaycan xalqının fəxri, qüruru, general Polad Həşimovun və 2-ci Qarabağ müharibəsinin şəhidlərininin məzarları ziyarət olunub və tər gül-çiçək dəstələri düzülüb. Kitabxana  əməkdaşları sonda Vətən müharibəsində gedən döyüşlərdə erməni işğalçılarının qoyub qaçdıqları və şanlı ordumuzun əsgərləri tərəfindən ələ keçirilmiş hərbi texnikanın qalıqlarının nümayiş olunduğu Hərbi Qənimətlər parkını ziyarət ediblər.