Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay şəhər Uşaq Musiqi Məktəbində “Nizami ili” çərçivəsində musiqili, ədəbi-bədii kompazisiya keçirilib.

20.10.2021

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Arif Məmmədov adına Göyçay şəhər Uşaq Musiqi Məktəbi Xalq Çalğı Alətləri (XÇA) şöbəsinin müdiri Sevda Əhmədovanın təşkilatçılığı və Musiqi Ədəbiyyatı müəllimi Vüsalə Əsgərovanın aparıcılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamı ilə bağlı musiqili, ədəbi-bədii kompazisiya keçirilib.

Müəllim və şagirdlərin ifasında səslənən musiqi və şer parçaları tədbir iştirkçıları tərəfindən alqışla qarşılanıb.

Tədbirdə çıxış edən Uşaq Musiqi Məktəbinin direktoru Rövşən Zamanov Prezident İlham Əliyevin Azərbaycanın tarixi irsini, mədəniyyətin, elm və ədəbiyyatın inkişafını daim diqqətdə saxladığını deyərək qeyd edib ki, dövlət başçısı tərəfindən 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli”, 2018-ci ilin “Cümhuriyyət İli”, 2019-cu ilin “İmadəddin Nəsimi İli” elan edilməsi, həmçinin görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar imzalaması ümumilikdə mədəni irsimizə böyük qayğının təzahürüdür. 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması da bu ənənənin əyani nümunəsidir. O, bildirib ki, qüdrətli söz və fikir ustadı, mütəfəkkkir şair Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdəndir. Onun ümumbəşəri mahiyyət daşıyan yaradıcılığı, bir-birindən dəyərli əsərləri əsrlərdir insanların mənəvi-əxlaqi kamilləşməsinə xidmət göstərir.

R. Zamanov sonda tədbirdə əziyyəti olan bütün müəllim kollektivinə öz minnətdarlığını bildirib.