Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qazisi ilə növbəti dəfə görüş keçirilib

20.10.2021

Göyçay rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qazisi ilə növbəti dəfə görüş keçirilib. Bu dəfəki görüşün qonağı Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmiş, "Cəsur döyüşçü" medalı ilə təltif olunmuş qazimiz Salahov Əfsun olub. Əvvəlcə ənənəvi olaraq, şəhidlərimizin əziz ruhu 1 dəqiqəlik sükutla yad edilib. Sonra Mərkəzin direktoru Samirə Vəliyeva tədbiri açıq elan edərək bildirib ki, tarixi torpaqlarımızın düşmən tapdağından azad edilməsi Azərbaycanın siyasi-hərbi, iqtisadi, mənəvi gücü hesabına həyata keçirildi.

Daha sonra qazimiz keçdiyi döyüş yolundan ətraflı söhbət açıb. Digər qazilərimizdə olduğu kimi bu dəfəki qazimizin də döyüş xatirələri iştirakçıların marağına səbəb olub.
Sonda çıxış üçün söz Mərkəzin fond mühafizi Könül Bayramovaya verilib. O, çıxışında qeyd edib ki, Vətən müharibəsində parlaq Qələbəmiz xalqımızın bir daha qəhrəman, mübariz, yenilməz xalq olduğunu müasir dünya tarixinə əbədi olaraq həkk etdi.
O, həmçinin bildirib ki, uzun illərin əsarətindən sonra düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi tarixi zəfərimizlə başa çatmaqla yanaşı, eyni zamanda xalqımızın liderinə, onun gücünə, qətiyyətinə etibarını daha da möhkəmləndirdi.