Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucar Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Zəngilan-Bəzəkli bir dünya, gözəl bir aləm” başlıqlı açıq dərs keçirilib.

20.10.2021

20 oktyabr 2021-ci il tarixində Ucar Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması istiqamətində təhsil müəssisələrində işğaldan azad olunmuş bölgələrin tarixi və coğrafiyası, flora və faunası, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə layihə və tədbirlərin həyata keçirilməsi çərçivəsində Ucar rayon Qulabənd kənd Cəsarət Zülfüqarov adına tam orta məktəbin şagirdlərinə “Zəngilan-Bəzəkli bir dünya, gözəl bir aləm” başlıqlı açıq dərs keçirilib. Açıq dərsdə məktəblilərə Zəngilanın tarixi, adət-ənənələri və s. haqqında geniş məlumat verilib. Dərsin sonunda məktəblilərin sualları cavablandırılib.